“Millət vəkili Qənirə Paşayeva süni nəfəs aparatına qoşulub”.
Teleqraf.com Musavat.com-a istinadən xəbər verir ki, bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev bildirib.
Onun sözlərinə görə, hazırda Qənirə xanımın ağır vəziyyətə düşməsinin səbəbləri araşdırılır:
“Əsas məqsədimiz xəstəliyin şok klinikasının gedişatını dayandırmaqdır. Müalicələr nəticəsində cüzi də olsa stabillik əldə olunub. Lakin xəstənin çox ağır vəziyyəti davam edir”.