28 Sentyabr 2023 10:02
329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı və onu müşayiət edən heyətlə görüş keçirərək su qıtlığına qarşı mübarizə yollarını müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə sudan səmərəli istifadə istiqamətində maarifləndirmə, iki ölkə arasında effektiv təcrübə mübadiləsi və s. məsələlər də müzakirə olunub.

Gələcəkdə bu istiqamətdə ikitərəfli əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı razılaşma əldə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər