2 Oktyabr 2023 23:03
311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaxın iki il ərzində 7 min ailənin güzəştli mənzillərlə təmin edilməsini planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumunda panel çıxışında deyib.

Çıxışçının sözlərinə görə, bunlardan 3 minə yaxın insan Bakıda, 4 minə yaxın insan isə regionlarda güzəştli mənzillərlə təmin ediləcək.

Fərman Qurbanlı vurğulayıb ki, MİDA fəaliyyətdə olduğu müddətdə 7 layihə reallaşdırılıb: “Bu 7 layihə çərçivəsində 160 binada yerləşən 11 mindən çox mənzil, 5 ümumtəhsil məktəbi, 8 uşaq bağçası, həmçinin tibb və ticarət mərkəzləri inşa edilib. Ötən 7 il ərzində MİDA tərəfindən 8 463 ailə güzəştli mənzillərlə təmin edilib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər