SOCAR “Azəriqaz” İB rəhbərliyinin Göygöl rayonunda vətəndaş qəbulu keçiriləcək.
Teleqraf.com xəbər verir ki, görüş oktyabrın 13-ü saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.
Görüş zamanı Göyçay və Daşkəsən rayonlarının sakinlərinin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Gəncə Regional qaz istismarı İdarəsinə (tel: (050) 845-97-11; (050) 846-96-40) müraciət edə bilərlər.