12 Oktyabr 2023 09:46
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 12-si saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 37 mm, Astarada 27 mm, Göytəpədə 26 mm, Ağsuda 10 mm, Yardımlıda 9 mm, Lerik, Quba, Qusar, Qrız, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Şahdağ, Tərtər, Biləsuvar, Yevlax, Kəlvəzdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Qrız, Qusarda 1 sm olub. Lerik, Qrız, Balakəndə duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Bərdə, Şəki, Şirvanda 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında 27 m/s -dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər