Prezident İlham Əliyev fəaliyyəti ilə xalqımızın qəlbində dərin sevgi qazanıb. Bütün bu uğurların kökündə ulu öndər Heydər Əliyevin strategiyası dayanır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova deyib.
O qeyd edib ki, son 20 ildə Prezident ilham Əliyevin həyata keçirdiyi uğurlu siyasi stategiya sayəsində Azərbaycan möhtəşəm uğurlar, qələbələr qazanıb:
“Azərbaycan bu gün bütün sahələrdə özü inkişafının yüksək pilləsini yaşayır. Bu gün Azərbaycan qeyri-neft sektorunun, turizmin və digər sahələrin inkişafı üçün mühüm işlər görülüb”.
Spiker bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət ölkəmizin bugünki inkişaf dinamikasını təmin edib.