Bu gün Sumqayıta içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən Teleqraf.com-a verilən xəbərə görə, Sumqayıt şəhərində magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 16 yanvar 2015-ci il tarixdə gün ərzində Sumqayıt şəhərinin 1,2,6,11,13-cü mikrorayonlarına, 4,5,17 və 45-ci məhəllələrinə, həmçinin Corat qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.