Tanınmış hüquqşünas Alayif Həsənov dünən axşam saatlarında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun həmkarları məlumat yayılıb.
Onun ürəktutmasından vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Alayif Həsənov uzun illər vəkillik fəaliyyəti ilə məşğul olub. O, 2015-ci ildə Vəkillər Kollegiası üzvlüyündən çıxarılıb, vəkillik fəaliyyətinə xitam verilib.