İstanbuldakı tarixi Qalata qülləsi Azərbaycanın üçrəngli Dövlət Bayrağı və Xarıbülbül rəsmləri ilə işıqlandırılıb.
Teleqraf.com xəbər verir ki, təşəbbüs Azərbaycanın Zəfər Gününün ildönümü və Dövlət Bayrağı Günü münasibətilə baş tutub. Ərazidə olan yerli əhali və turistlərin diqqətini çəkən lazer işıqlandırması bir neçə dəfə təkrarlanıb.
Xatırladaq ki, noyabrın 8-i və 9-u dünyanın ən böyük meqapolislərindən olan İstanbulun iki qitəsini birləşdirən “Fatih Sultan Mehmet” və “15 İyul Şəhidləri” körpülərində də Azərbaycan Bayrağının rəngləri həkk olunub.
İşıqlandırılma Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və Türkiyənin bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.