21 Noyabr 2023 12:13
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Qafqazın açar dövləti Azərbaycanın müstəqil siyasətinə qısqanclıqla yanaşır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O qeyd edib ki, əgər ABŞ-ın Rusiya və İranla problemi varsa, özü bunu həll etməlidir: "Buna görə də, Azərbaycana təzyiq etmək məntiqsizdir. Əslində bu kimi yanaşmalar Ermənistan üçün yeni faciələrə səbəb olacaq".

Deputat bildirib ki, 30 il Rusiya Ermənistanı silahlandırdı. Amma 44 günlük müharibədə Azərbaycan Ordusu onu darmadağın etdi: "Ona görə də, Co Bayden administrasiyası özünün davranışlarına diqqət etməlidir. “907-ci” düzəlişin müəlliflərindən olan Bayden əslində hansı məqsədə xidmət etdiyinin fərqində deyil. Vaxtilə deputat həmkarlarımla ABŞ Nevraska şəhərində olarkən bizi bu şəhərin fəxri vətəndaşlığı verilmişdi. Mən ABŞ-ın bu davranışlarından sonra həmin fəxri vətəndaşlıqdan imtina edirəm".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər