23 Noyabr 2023 13:52
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanda keçirilən "Qərbi Azərbaycana qayıdış" festivalında çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, ermənilərin mərhələli şəkildə həyata keçirdikləri siyasət nəticəsində soydaşlarımız min illik yurdlarından didərgin salınıb, tarixi abidələrimiz dağıdılıb.

Teleqraf.com-un xəbərinə görə, Səbinə Əliyeva qeyd edib ki, ermənilərin azərbaycanlılara qarşı kəskin milli, dini nifrət nəticəsində həyata keçirdikləri etnik təmizləmə soyqırımı olaraq qəbul edilməlidir: "Bir xalqın ərazisinin əlindən alınması, qovulması o xalqın məhv edilməsinə bərabər cinayətdir".

Ombudsman qayıdış konsepsiyasının təsdiq edilməsini, qərbi azərbaycanlıların sülh yolu öz yurdlarına qayıtmaları ilə bağlı planları təqdirəlayiq hal hesab edib.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər