Yanğın 3 istiqamətdə baş verib, hərəsinin də sahəsi 1000-1500 kvadrat metr sahəni əhatə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə yanğın tam məhdudlaşdırılıb, yanğının qonşu obyektlərə yayılma təhlükəsi yoxdur. Yanğın bazarın mərkəz hissəsində baş verib.
"Təhlükəsizliyi təmin etmək məqsədilə işlər görülür. Tədbirlərimiz davam etdirilir", - deyə o əlavə edib.
Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın olub. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.