26 Noyabr 2023 00:11
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, rayonun Ağzıbir kəndindəki meşə massivində üç ağacın kəsilməsi barədə şöbəyə məlumat daxil olub. Keçirilmiş tədbirlərlə həmin şəxs müəyyən olunub və onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.


Müəllif: Teleqraf.com