19 Yanvar 2015 18:24
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2014-cü ilin ən güclü pleymeykerinin adını açıqlayıb.


Publika.az xəbər verir ki, keçirilən sorğunun qalibi ötən yayda “Bavariya”dan “Real”a transfer olunan Toni Kroos olub.


110 səslə bütün rəqiblərini qabaqlayaraq, ilin ən yaxşı pleymeykeri seçilən alman futbolçu ən yaxın izləyicisi Lionel Messidən cəmi 2 səs çox toplayıb. İlk “üçlüy”ü “Real”ın digər üzvü Xames Rodriges qapayıb.

“İlk onluq”

1. Toni Kroos (Bavariya/Real) - 110 səs
2. Lionel Messi (Barselona) - 108
3. Xames Rodriges (Monako/Real) - 53
4. Andres İnyesta (Barselona) - 38
5. Yaya Ture (Mançester Siti) - 29
6. Bastian Şvaynştayger (Bavariya) - 28
7-8. Neymar (Barselona) - 21
7-8. Luka Modriç (Real) - 21
9. Eden Hazard (Çelsi) - 18
10. İvan Rakitiç (Sevilya/Barselona) - 5


Müəllif:

Oxşar xəbərlər