1 Dekabr 2023 16:24
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Qax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidməti Qax Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" və "Ford" markalı iki yük avtomobili və “Москвич” markalı minik avtomobilinin toqquşması nəticəsində ad soyad avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə sıxılı vəziyyətdə qalmış vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər