5 Dekabr 2023 11:29
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən iclasında “2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Teleqraf.com xəbər verir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Layihədə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunub.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər