7 Dekabr 2023 13:59
272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və millət vəkili Kamaləddin Qafarov Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində partiya fəalları ilə görüş keçirib.

Teleqraf.com xəbər verir ki, V.İsmayılov bildirib ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü və nüfuzlu partiyasıdır. YAP Azərbaycanda siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə fundamental töhfələr verən ümumxalq partiyasıdır. Yeni Azərbaycan Partiyasının VII qurultayında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqinin bu gün bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdiyini bildirdi.

Millət vəkili Kəmaləddin Qafarov öz çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir, daxili siyasi sabitliyini daha da möhkəmləndirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər