8 Dekabr 2023 13:34
373
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət sirri haqqında” qanuna dəyişlik edilir.

Teleqraf.com verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sirri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi iqtisadi sahədə dövlət sirrini təşkil edən məlumatların dairəsini dəqiqləşdirir və buraya hərbi məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələrlə yanaşı, eyni zamanda bu məhsulların ixracını, satışını həyata keçirən, həmçinin bu işi təşkil edən müəssisələri və onların maliyyə hesabatlarını da aid edir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər