12 Dekabr 2023 13:44
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab prezident İlham Əliyevin rəhbərliyi altında “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə bərpa, quruculuq işləri gedir. Qarabağa həyat qayıdır. Növbəti ildən başlayaraq azad edilən ərazilərə qayıdış prosesi intensivləşəcək”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

“2026-cı ilin sonunadək 26 min ailənin təkcə Qarabağ iqtisadi rayonuna köçürülməsi nəzərdə tutulur. Ağdam şəhərində 20 min nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Bununla bağlı şəhərdə geniş layihələndirmə işləri yekunlaşmaq üzrədir. Artıq tikinti proseslərinə başlanılıb. Şəhərdə 5 məhəllənin inşası nəzərdə tutulur. Eyni zamanda açıq səma altında işğal muzeyi, zəfər muzeyi, muğam mərkəzi, mehmanxalanar, məktəblər, xəstəxanalar və s. obyektlər inşa ediləcək”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər