21 Yanvar 2015 11:42
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onlar da şəhid oldular. Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçdilər. Lakin, ölümlərindən sonra belə, bir talehsizlik onlardan yan ötmədi. Müqəddəs bir amal uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucaldılar. Ancaq, naməlum əsgər kimi dəfn edildilər.

Qarabağ müharibəsi zamanı Tərtər və Ağdərə istiqamətində qızğın döyüşlər zamanı yüzlərlə soydaşımız qəhrəmancasına şəhid oldu. Onlardan bir neçəsi üzərində sənəd olmadığı üçün naməlum əsgər kimi torpağa tapşırılıb. Məzarları baxımsızlıqdan məhv olma təhlükəsi ilə üz-üzə idi. Buradakı məzar daşları sexinin ustası Əfqan Şahbəndiyev bildirir ki, burada 100-dən çox məzar olub. Lakin, sonralar bir çoxunun sahibləri tapılıb.

Əfqan Şahbəndiyev deyir ki, dağılmaq təhlükəsində olan bu qəbirlərin bərpasını başa çatdırıblar. Qəbirlərin bəziləri naməlumdur.

Qeyd edək ki, şəhidlər dəfn edilməmişdən əvvəl Əlibəy adlı bir şəxs onların fotosunu çəkib. Elə həmin fotolor əsasında da nömrələnən məzarlarda dəfn edilən şəhidlərimzdən çoxu sahibləri tərəfindən tanınaraq çıxarılıb öz rayonuna aparılıb.

Rayon bələdiyyəsindən verilən məlumatda qeyd edildi ki, indiyə kimi 25 məzarın üstü bərpa edilib. Bir neçə məzarların isə bərpası yaxın günlərdə tam başa çatdırılacaq.

Daşqın Abdullayev – Tərtər


Müəllif:

Oxşar xəbərlər