19 Dekabr 2023 17:25
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-ın “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası Sabirabad rayonunda keçirilib.

Teleqraf.com xəbər verir ki, Salmanlı kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda cəmi 2 abonent qaz təchizatında üzləşdiyi problemi ünvanlayıb.

Raiq Bayramovla Cəmil Sətiyev debitor borca görə dayandırılmış qaz təchizatının bərpa edilməsini və yaranmış borcun hissə-hissə ödənilməsində möhlət verilməsini istəyiblər. Salyan RQİİ-nin rəhbər şəxsləri ünvanlanan hər iki müraciətin qeydiyyatını aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər