21 Dekabr 2023 21:08
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, nəqliyyat vasitəsin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir.

Qərar 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməlidir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə tapşırılıb ki, bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün. Qərar respublika daxili işlər orqanlarında elan edilməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər