Masallı və Ucar rayonlarının bəzi yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Teleqraf.com ARDNŞ-nin saytına istinadən məlumat verir ki, yanvarın 21-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Masazır'', Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Lək'' və “Zərdab”, o cümlədən, Astara Magistral qaz kəmərləri sahəsinin “Alvadi” Qazpaylama stansiyalarında təmir işləri aparılacaq.
Təmir müddətində Masallı rayonunun Təzə Alvadı, Köhnə Alvadı, Şərəfə, Böyük Xocavar, Binə Xocavar, Bambaşı, Yiyən kənd, Çaxırlı, Əhmədli, Təklə, Həsənli, Xırmandalı, Ərəb, Hacıtəpə və Yeddi Oymaq, eləcə də Ucar rayonun Lək kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Zərdab rayonunun və Abşeron rayonu Masazır qəsəbəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Qeyd edək ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yeni çəkilmiş qaz xəttinin mövcud kəmərə birləşdirilməsi ilə əlaqədar bu gün saat 18:00-dək Lənkəran və Ucar rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.