Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Ulacalı kənd sakini Taleh Mikayılov saxlanılıb.
Əməliyyat tədbirlərinin davamı olaraq Mikayılovundan çəkisi 4 kiloqramdan artıq olan marixuana götürülüb.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb.