7 Yanvar 09:23
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti sabah başa çatır.

Teleqraf.com xəbər verir ki, bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.

Təqvim planına əsasən, sənədlər prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış, yəni 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-dək təqdim edilməlidir.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər