8 Yanvar 13:14
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Aygün Bəylər Azərbaycan musiqi mədəniyyətinin tut ağacı idi".

Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev əməkdar artist Aygün Hümmətovanın vida mərasimində deyib:

"Elə bir tut ağacı ki, bundan sonra çoxları ona söykənəcək, kölgə və dayaq tapacaq. Mənə görə, Aygün dünyasını dəyişməyib. Yaşayıb və yaşacayaq. Çünki sənəti böyükdür, ölməzdir".

Zaur Baxşalıyevin sözlərinə görə, mərhumla sonuncu dəfə Milli Onkologiya Mərkəzində olanda əlaqə saxlayıb: "Həmin vaxt bütün media yazılmışdı ki, Aygün Bəylərin vəziyyəti ağırdı. Zəng etdim, dedi ki, Zaur, sənin və xalqımın məni bu vəziyyətdə görməsini istəmirəm. Söz verirəm, növbəti həftə mütləq verilişə çıxacağam".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər