"İşğaldan azad olunan ərazilərdə yeni "ASAN" xidmət mərkəzləri açılacaq".
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O, Şuşa şəhərində "ASAN" xidmət mərkəzinin yaradılması istiqamətində işləri aparıldığını vurğulayıb:
"Növbəti illər ərzində - Ağdam, Cəbrayıl, Laçında regional "ASAN" xidmət mərkəzləri yaradılacaq".