Yerli vaxtla saat 19:45-də Pirqulu stansiyasından 12 km şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Teleqraf.com-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələ episentrdə və yaxın ərazilərdə 3 bala qədər hiss olunub. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.