1 Fevral 18:00
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən veb-kameraları izləyəndə fərqi özüm müşahidə etdim. Əsas məsələ odur ki, səsvermə günü heç bir xoşagəlməz hal baş verməsin. Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək”.

Teleqraf.com Secki-2024.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, səsvermə kabinasının içini çəkmək üçün ən az 10 kamera lazımdır: “Guya iddia edirlər ki, insanları güdmək üçün məntəqəyə kamera quraşdırılır. Bu iradlar absurddur, bəhanədir. Seçki məntəqəsinə veb-kamera qoymaq insanları güdmək demək deyil”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər