7 Fevral 06:00
368
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnnovativ texnologiyalar sahəsində daim inkişaf edərək yenilikləri abunəçilərinə təqdim edən Bakcell şirkəti Qarabağ bölgəsində öz strateji genişlənmə planlarını elan edib. Belə ki, şirkətdən verilən məlumata əsasən, Bakcell regionda xidmət mərkəzlərinin sayını 10-a çatdıracaq.

"Bu genişlənmənin əsas məqsədi regionda yaşayan vətəndaşlarımız ilə əlaqələrimizi daha da gücləndirmək, onlara ən son innovativ texnologiyaları təqdim etməkdir", — deyə şirkətdən bildirilib.

Xatırladaq ki, Bakcell ötən il Qarabağ bölgəsində ən müasir səs texnologiyası olan VoLTE xidmətini və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abunəçilərinin ixtiyarına verib. Həmçinin, regionda baza stansiyalarının sayını 120-dən yuxarıya çatdırıb.

Bakcell zəruri infrastrukturun qurulması istiqamətində, eləcə də ən son texnologiyaların regiona gətirilməsində genişmiqyaslı fəaliyyətini daha da gücləndirəcək.

Həyata keçirilən layihələr NEQSOL Holding-in Azərbaycanın Qarabağ regionunda ümumilikdə 200 mln manatadək sərmayə yatırmaq planlarının bir hissəsidir.

Bakcell şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər