Dünyanın nüfuzlu media qurumları Azərbaycanda keçirilən prezident seçkilərini izləyir.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
O, bildirib ki, dünya ictimaiyyətinin diqqəti Azərbaycanda keçirilən seçkilərin üzərindədir: "Beynəlxalq səviyyədə tanınmış media qurumları seçkilər barədə ingilis, rus və başqa dillərdə dünya ictimaiyyətini məlumatlandırırlar".
Pənahov əlavə edib ki, istər yerli, istər xarici media nümayəndələrinin seçkiləri sərbəst şəkildə işıqlandırmaları üçün bütün şərait yaradılıb.