Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, növbədənkənar prezident seçkilərində namizəd olmuş Qüdrət Həsənquliyev Prezident İlham Əliyevə zəng edib.
Teleqraf.com xəbər verir ki, bu barədə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat yayıb.
Qüdrət Həsənquliyev İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.