15 Fevral 16:44
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Amerika Qadın Assosasiyası ABŞ-də Xocalı soyqırımını anma və bu bəşəri cinayəti törədən erməni cinayətkarlarını qınama sərgiləri təşkil edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-də fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) rəhbəri Fatih Özonur məlumat verib.

“İnsanlarımızı Xocalı soyqırımını həyata keçirən erməni cinayətkarlarını qınamaq və qətlə yetirilən soydaşlarımızı anmaq üçün təşkil edəcəyimiz fotosərgilərə dəstək verməyə çağırıram. Belə bəşəri cinayətləri unutmamalıyıq, unutsaq, təkrar yaşaya bilərik. Unutmamalıyıq ki, vaxtilə erməniləri Osmanlı İmperiyasına qarşı ayağa qaldıran Çar Rusiyası, ardınca onları dəstəkləyən Fransa və İngiltərə idi. Almaniya və ABŞ-nin missioner dəstəyini də yaddan çıxarmamalıyıq. 70 il sonra bu qondarma olaylarla bağlı ermənilər üçün “qurban ədəbiyyatı” yaradan erməni diasporuna səssiz qalmamalıyıq. Ermənilərin törətdikləri soyqırımılar və siyasi cinayətlərinin arxasında da bu diaspora var. Səssiz qalsaq, vaxtilə Anadolu və Qafqazdakı soyqırımlar eyni şəkildə bu gün də təkrarlana bilər”, - TASFO rəhbəri qeyd edib.

Özonurun sözlərinə görə, erməni diasporunun qondarma iddiaları ilə mübarizədə QHT-lər, media və siyasətçilərin üzərinə daha çox iş düşür.

Fotosərgilər fevralın 26-da – Xocalı soyqırımının törədildiyi gün Arizona, Kolorado, Florida ve Nyu-York ştatlarında açılacaq.

TASFO-ya gəlincə, Fatih Özonur rəhbərlik etdiyi qurumun həmin gün Kolorado, Arizona və Florida ştatlarında sərgi açacağını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər