Ötən ilin dekabr ayında nəqliyyat, poçt və rabitə tariflərinin indeksi əvvəlki ayla müqayisədə 0,6 faiz, o cümlədən, yükdaşıma tarifləri 0,1 faiz, sərnişindaşıma tarifləri isə 2,6 faiz bahalaşıb.
Teleqraf.com-un məlumatına görə, poçt və kuryer tarifləri indeksi, həmçinin rabitə tarifləri indeksi üzrə əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.