21 Fevral 12:11
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycanda uşaqlara qoyulan coğrafi adlar məlum olub.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, ötən il 764 uşağa Mədinə, 263-nə Sofiya, 23-nə Afina, 16-na Təbriz, 14-nə Riyad, 7-nə Qafqaz, 5-nə Tehran, 3-nə Ural, 2-nə Yəmən, daha 2-nə isə Tovuz adı verilib.

Bundan əlavə, Venera, Lənkəran, Milan, Roma, Oman, Marsel adlarının da hər biri bir nəfərə qoyulub.

Ötən il həmçinin 263 uşağa Günəş adı verilib.

Təbiət hadisələrinə uyğun adlara gəlincə, 465 uşağa Yağmur, 124-nə Rüzgar, 9-na Bulud, 7-nə Tufan, 5-nə Dolunay, 1-nə isə Duman adı qoyulub.

Qeyd edək ki, 2023-cü ildə oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adı verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər