23 Fevral 11:38
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülh prosesi ilə bağlı yerindən duran vasitəçilik təklifi irəli sürür. Dövlət başçısı andiçmə mərasimi zamanı çıxışında bildirdi ki, gedin, işinizlə məşğul olun, öz problemlərinizi həll edin. Bu, özünü Münxendə də göstərdi.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

O bildirib ki, Almaniya kansleri vasitəçi rolunda deyil, sadəcə təşəbbüskar kimi hərəkət etdi: “Bu, görünür ki, bəzi ölkələrdə siyasi dairələri narahat edib. Paşinyanin Fransaya səfəri və Fransda Prezidenti Makronun açıqlamaları da bunu sübut edir. Fransanın müdafiə naziri tarixdə ilk dəfədir ki, Ermənistana gəlir. Fransa yenidən regionda vəziyyəti gərginləşdirməyə çalışır”.

Deputat Aydın Mirzəzadə isə qeyd edib ki, Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin yüksək səviyyədə iştirakı mühüm önəm kəsb edir:

"Ölkəmizi bu beynəlxalq tədbirdə yüksək səviyyədə təmsil edən cənab Prezident Azərbaycanın maraqlarını tərənnüm etmiş oldu. Prezidentin ilk dövlət səfərini qardaş Türkiyəyə etməsi də mühüm önəmə malikdir. Bu, Azərbaycanla Türkiyə arasında olan dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsidir. Artıq iki qardaş ölkə arasında ticarət dövriyyəsinin həcmi iki dəfədən çox artıb. Qarşıdakı dövrlərdə digər sahələrdə də əməkdaşlığın genişlənməsi gözlənilir”.

Millət vəkili Vahid Əhmədov da Münxendəki görüşlərlə bağlı fikirini bildirib:

"Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsindən sonra ən ciddi hadisə Münxen Təhlükəsizlik Konfransı və orada keçirdiyi görüşlər oldu. Prezident orada yüksək hörmətlə qarşılandı.

Fransa Əliyevlə Paşinyan arasındakı görüşdə iştirak etmək üçün israr etsə də, Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində prosesdən kənarda qaldı. Kənarda qalan Fransa yenə də qərəzli mövqe tutmağa davam edir və regionu qarışdırmaq istiqamətində səy göstərir. Fransa Prezidenti Makronun Paşinyanı qəbul etdiyi zaman Azərbaycanın əleyhinə bir sıra fikirlər səsləndirməsi buna sübutdur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər