24 Fevral 17:16
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Masallı, Yardımlı və Lerik rayonları sakinlərinin qəbulunu keçirib.

Teleqraf.com xəbər verir ki, əvvəlcə nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Masallı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Masallı, Yardımlı və Lerik rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri və Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri də vətəndaşları qəbul edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər