Təhsil Nazirliyi Azərbaycanda ödənişli təhsilin ləğv olunması məsələsinə aydınlıq gətirib. Nazirliyin Aparat rəhbəri Yaqub Piriyev bildirib ki, strategiyada nəzərdə tutulan məsələ ödənişli təhsilin ləğv edilməsi demək deyil.
“Ali və orta ixtisas təhsil müəsssilərində ödənişli təhsil təhsilin ləğv olunmayacaq, burada ödənişli qəbul planının ləğv olunmasından söhbət gedir. Orta və ali təhsil müəssisələrinə tələbələrin potensialı, maddi-texniki bazası, elmi pedoqoji potensialı nəzərə alınmaqla imkan verilən miqdarda ödənişli əsaslarla tələbə qəbul etmələrinə imkan yaradılacaq. Bu gün dünyanın heç bir yerində ödənişsiz təhsil sistemi yoxdur. Sadəcə, dövlət büdcəsindən ödənilmə var. Strategiyada bu məsələ nəzərdə tutulub”.
Sevil