28 Yanvar 2015 10:20
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanvarın 30-da Horadiz şəhərində, Muğam Mərkəzinin inzibati binasında saat 11.00-dan başlayaraq vətəndaşları qəbul edəcək.

Teleqraf. com xəbər verir ki, qəbulda Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Muğam Mərkəzinin inzibati binasında (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti) 29 yanvar 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə: tel: +994 (12) 512-01-14, e-mail: [email protected]

İlhamə


Müəllif:

Oxşar xəbərlər