23 Mart 05:38
1 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Crocus Qrup”un birinci vitse-prezidenti Emin Ağalarov “Crocus City Hall”ın konsert zalında törədilmiş terror aktı nəticəsində ölənlərin ailələrinə başsağlığı verib, bu terror aktının onun ailəsinə də təsir etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə biznesmen instaqramda yazıb.

“Crocus City Hall”da baş vermiş dəhşətli hadisələrlə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Bu terror aktı hər kəs üçün dəhşətli faciədir, şəxsən mənə və ailəmə toxunub. Acımızı təsvir edəcək söz tapmıram”, – o qeyd edib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib.


Müəllif: Teleqraf.com