2020-ci il noyabrın 10-dan bu günədək işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə fəaliyyəti zamanı 129 min 831 hektar ərazi təmizlənib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Agentlik tərəfindən aprelin 4-də keçirilən mətbuat konfransında çıxışı zamanı söyləyib.
V.Süleymanov bildirib ki, 65 min 585 ədəd partlamamış hərbi sursat (PHS), 31 min 919 ədəd piyada əleyhinə mina (PƏM) və 19 min 070 ədəd tank əleyhinə mina (TƏM) (cəmi: 116 574 ədəd) aşkar edilərək zərərsizləşdirilib.