Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin rəsmi Yutub kanalı kibercinayətkarların hücumuna məruz qalıb və kanal ələ keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, kanalda olan bütün videolar silinib.
Hacı Şahin Həsənlinin rəsmi Feysbuk kanalında hücumla bağlı paylaşım edilib: "Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları haker hücumlarına məruz qalır. Artıq “Youtube” kanalımız hakerlər tərəfindən ələ keçirilib. Hazırda hücumların zərərsizləşdirilməsi istiqamətində işlər aparılır. Tezliklə ictimaiyyətə məlumat veriləcək".