BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycana gələn qonaqların yerləşdirilməsi vahid beynəlxalq platforma əsasında təqdim ediləcək.
Teleqraf.com xəbər verir ki, bunu COP29-un Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı direktoru Nərmin Carçalova COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu praktika COP-la bağlı əvvəlki illərin təcrübəsidir:
"Düşünürəm ki, qonaqlar tədbirlə bağlı planlarını rahat şəkildə qura biləcəklər".
N.Carçalova həmçinin qeyd edib ki, COP29-la bağlı yeni vebsayt da istifadəyə veriləcək.