22 Aprel 11:19
311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı şəhər İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev əmr imzalayıb.

Əmrə əsasən, Gülxanım Orucova icra başçısının müavini təyin olunub. O, bugün kollektivə təqdim olunub və yeni vəzifəsinin icrasına başlayıb.


Müəllif: Teleqraf.com