9 May 22:38
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Scandinavian Airlines” aviaşirkətinin Kopenhagen-Tokio reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 20:56-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişin dərhal təcili tibbi yardım briqadasına təhvil verilib.


Müəllif: Teleqraf.com