10 İyun 14:44
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pekin-Paris” avtomobil rallisinin ən yaşlı avtomobili – 1914-cü il istehsalı olan "American LaFrance Type 10" Azərbaycanda yanıb.

Azərbaycan Avtomobil Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, bu gün səhər Bakıdan Gürcüstana istiqamət alan avtomobil paytaxt çıxışında texniki səbəblərdən alovlanıb.

Avtomobilin sahibi layihə rəhbəri, Hero-Ero klubunun başçısı Tomas de Varqas Maçukadır (Thomas de Vargas Machuca).

Bildirilib ki, “Pekin-Paris” avtomobil rallisinin iştirakçısı olan digər unikal retro avtomobillər isə hazırda Şamaxıdadır. Yürüşə davam edən avtomobillər Şamaxı rayonunun Meysəri kəndində nümayiş etdirilir.

Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə ölkəmiz ilk dəfə dünyanın ən həyəcanverici yarışlarından birinin iştirakçılarını qəbul edir. Avtomobillər Şamaxıdan sonra Gürcüstana keçməklə marşruta davam edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər