10 İyun 14:48
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini müstəvidə Azərbaycana qarşı təhdidlər bir an belə səngimir

Teleqraf.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, istər müsəlman ölkələri tərəfindən, eləcə də bəzi xristian, yəni Qərb ölkələri tərəfindən bu təhdidlər görülür:

"Dinin siyasiləşdirilməsi formatında, məzhəbçiliyin təbliğatı formatında biz bunu görürük. Din öz mahiyyətindən uzaqlaşdırılaraq alətə, vasitəyə çevriləndə, maraqların icrasına yönələndə əlbəttə ki, din təhlükəli meyara çevrilir".

Sədrin müavini vurğulayıb ki, bu təhdidlər a qarşı həm maarifləndirmə, həm də hüquqi müstəvidə tədbirlər görülür:

" Dövlətin dini icma və konfessiyalara qarşı qayğısı göz önündədir. Bütün bunların əsasında deyə bilərik ki, Azərbaycanda dini durum tam sabitdir. Amma bir an belə arxayınlaşmaq olmaz. Çünki təhdidlər ciddi və təhlükəlidir.

Bəzən açıq, bəzən də qapalı formatda olur. Ona görə bu məsələdə biz həmişə ayıq olmalıyıq. Bu məsələ həm ictimaiyyətin diqqətində olmalıdır, həm də dövlət bunu öz nəzarətində saxlayır", - S.Heydərov vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər