18 İyun 09:41
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali məktəblərə qəbul imtahanlarının birinci cəhdində bəzi ixtisaslar üzrə zəif nəticə göstərən abituriyentlərin sayı üstünlük təşkil edir.

Teleqraf.com xəbər verir ki, bu mənzərə xüsusilə ikinci və üçüncü ixtisas qruplarında daha çox hiss olunur. Mövcud vəziyyət qəbul imtahanlarının ikinci cəhdində sualların hansı səviyyədə olacağını gündəmə gətirir.

Təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, nəticələrin zəif olması sualların çətinliyi ilə əlaqədardır.

Ekspert hesab edir ki, qəbul imtahanlarının ikinci cəhdində Dövlət İmtahan Mərkəzi (DİM) balansı qoruyacaq.

Onun sözlərinə görə, qəbul imtahanlarının ikinci cəhdində bəzi qruplarda əvvəlki illərlə müqayisədə daha ciddi rəqabətin olacağı gözlənilir. Bəzi ixtisaslar üzrə isə balların yüksələcəyi də istisna deyil.

Rizvan Fikrətoğlu qeyd edib ki, nəticələrin zəif olması sualların çətinliyi ilə əlaqədardır.

Ətraflı süjetdə:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər