19 İyun 11:31
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti səmərəli hesab etmirik. Bu zərərli bir siyasətdir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu, normallaşma prosesinə ciddi şəkildə bir zərbədir. Eyni zamanda da Ermənistanın daxilində olan revanşist qüvvələrin həvəsləndirilməsi xidmət edəcək bir addımdır.

"Ona görə də Fransadan bu militarizasiya siyasətini, xüsusilə də Ermənistana hücum xarakterli öldürücü silahların təqdim edilməsini və Ermənistan-Fransa hərbi əməkdaşlığının genişləndilməsi ciddi narahatlıq da olan bir haldır. Hesab edirik ki, Fransada BMT Təhlükəsi Şurasının daimi üzvü olaraq daha məhsulətli bir siyasət həyata keçilməlidir", - o əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər