21 İyun 11:50
228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisə seçkilərlə COP29 tədbirinin eyni vaxta düşməsi seçkilərin keçirilməsini imkansız edir. Bizdə 2 yol qalırdı, ya seçkiləri önə çəkmək, ya da seçkilərin vaxtını uzatmaq. Amma Konstitusiyanın 84-cü maddəsinə görə, ancaq müharibə vəziyyətində seçkiləri uzada bilərdik. Bizdə də, Allaha şükür, müharibə şəraiti yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin deputatı Fazil Mustafa deyib.

“Seçkilərin vaxtını uzatmaq Konstitusiya pozuntusu olardı. Bunu kimlərsə spekulayasiya edəcəklərsə, hüquqi savadsızlıqlarını ortaya qoyacaqlar", - o bildirib.

Deputat qeyd edib ki, 6-cı çağırış Milli Məclis 3 kataklizm yaşadı: "Birincisi, parlament fəaliyyətə başladığı gün COVID pandemiyası hökm sürürdü. İkincisi, başıpozuq dəstələr Milli Məclisə hücum etdilər. Üçüncüsü isə 2020-ci ildən 2023-cü ilə qədər Azərbaycan Prezidentinin rəşadətli davranışı torpaqlarımızı işğaldan azad etmənin 1-ci günündən sonuncu gününə qədər ən aktiv iştirak edən qurum Milli Məclis olub. Müxalifət partiyası olaraq, biz bu qərarı dəstəkləyirik”.


Müəllif: Tapdıq Qurbanlı